Tariximiz2019-01-30T22:41:50+00:00

Bismillahirrəhmanirrəhim. Yaradıldığı gündən keçən illər ərzində gərgin işlər nəticəsində mərkəzin səriştəliyi və müstəqilliyi əsasında qurulan şəxsi fəlsəfəsi formalaşdırılmışdır. Bu prinsiplərə riayət etmək mərkəzimizə maliyyə bazarında aparıcı pozisiyanı tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə imkan yaradıb. Hazırda “FAKTURA AZ KONSALTİNQ” audit, mühasibat uçotu, maliyyə və idarəetmə məsləhətləri sahəsində xidmət göstərir.

“FAKTURA AZ KONSALTİNQ”-ın fərqləndirmə cəhətlərindən biri vergitutma sahəsində ixtisaslaşma və bununla bağlı xidmətlərin göstərilməsidir, o cümlədən vergitutma sisteminin və vergi planlaşdırılmasının qurulması, vergi siyasətinin optimallaşdırılmasıdır. Mütəxəssislərimiz iqtisadiyyatın müxtəlif sahələrində böyuk təcrübəyə malikdir və eyni zamanda maliyyə, idarəetmə və marketinq sahələrində geniş biliklərə sahibdir. Əməkdaşlarımızın yüksək peşəkarlığı, geniş sahə təcrübəsi, mükəmməl üsulların istifadəsi keçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir.

Hər müştəriyə fərdi yanaşma, onun tələblərinə əsaslanma bizə müxtəlif iqtisadi sahələrin etibarını qazanmaq imkanı verib. Müştərilərimizin siyahısına müxtəlif biznes sahələrinin və mülkiyyət növlərinin nümayəndələri daxildir. Bizim mütəxəssislər istənilən biznes fəaliyyətləri ilə bağlı auditin keçirilməsi təcrübəsinə malikdirlər.

050 770 70 70